Lənkəranda evə basqın edildi - Ev sahibi ağır yaralandı

img

18-03-2017 [00:31]


Lənkəranda evə girən oğrular ev sahibini ağır yaralayaraq qaçıblar.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Xulmili kəndində, 1950-ci il təvəllüdlü Vahab Səfərov Xalıq oğluna məxsus evdə baş verib.
 
Ev sahibi oğrulara müqavimət göstərərkən küt alətlə başından vurulub. Hadisədən dərhal sonra yaralı Lənkəran Rayon Mərkəzi xəstəxanasına gətirilib. Güclü kəllə-beyin travması alan V.Səfərovun vəziyyətinin ağır olduğu bildirilir.
 
Hələ ki hadisəni törədən şəxs və ya şəxslərin kimliyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR