DTX-dan xüsusi əməliyyat - Külli miqdarda ekstazi ələ keçirildi

img

17-03-2017 [18:46]


Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilmiş külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınıb.

Dövlət Təhlükəsizlik Xidmətindən mia.az-a verilən məlumata görə, belə psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu və Mustafayev Şəmistan Əli oğlu 2017-ci il martın 15-də saxlanılıblar.

Araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici "Preqabalin” maddələri aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR