5 müstəntiq barəsində xüsusi qərar çıxarıldı - Məhkəmə prokurorun protestini təmin etmədi

img

17-03-2017 [13:18]


Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Zahid İsmayılov və Elnur Əsədlinin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Mia.az xəbər verir ki, bu barədə "Report”a vəkil Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokuorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı bərəat hökmü qüvvədə saxlanılıb.

A.Məmmədov bildirib ki, istintaqı düzgün aparmayan 5 müstəntiq barəsində isə xüsusi qərar çıxarılıb.

Qeyd edək ki, Z.İsmayılov və E.Əsədli quldurluqda təqsirli bilinərək saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törəldildikdə) maddəsi ilə ittiham olunub.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslər 2015-ci ildə Binəqədi rayon ərazisində marketdən 130 manat pulu quldurluq yolu ilə ələ keçiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində bəraət hökmü çıxarılıb. Onlar məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan prokuror apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR