Deputat hökuməti tənqid etdi: "BVF 2,5 faiz artım olacağını proqnozlaşdırmışdı, ancaq 3,1 faiz enmə oldu"

img

17-03-2017 [13:11]


Milli Məclisdə hökumətin 2016-cı il fəaliyyətinə dair hesabat təqdim ediləndən sonra deputatlar çıxış edib.

Deputat Əli Məsimli bildirib ki, 2016- ci ildə yaranmış vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görülüb: 

"Beynəlxalq Valyuta Fondu ötən il iqtisadiyyatımızda 2,5 faiz artım olacağını proqnozlaşdırmışdı. Ancaq hökumət bu rəqəmin 1,8 faiz olacağını vurğulamışdı. Təəssüf  ki, ötən il artım əvəzinə 3,1 faiz enmə müşahidə olunub. İlk növbədə islahatlar xalqa çatdırılmalı və onlar tərəfindən dəstəklənməlidir”. 

Deputat İTV-də iqtisadiyyatla bağlı blok yaradılmasını da təklif edib: 

"Bunun üçün İTV-də Rusiyada olan biznes kanalı formasında bir blok yaradılsın və əhali iqtisadi proseslərlə bağlı məlumatlandırılsın. Rayonlarda yeni iş yerlərinin açılması istiqamətində işlər görülməlidir”. 

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR