Artur Rasi-zadə Cahangir Hacıyevi “vurdu”: "Onların cinayətkar fəaliyyəti vəziyyəti daha da ağırlaşdırmışdı"

img

17-03-2017 [12:37]


"Azərbaycan öz müstəqiliyyinin 25 illiyini qeyd etdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və cənab prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan dünya ölkələri içərisində özünə layiqli yer tutdu”. 

Bunu Baş nazir Artur Rasizadə Milli Məclisdə hökumətin 2016-cı il fəaliyətinə dair hesabatını təqdim edərkən deyib. 

"Ölkədə istehsal edilən Ümumi Daxili Məhsulun həcmi 3 dəfə, dövlət büdcəsinin nominal gəlirləri 20 dəfə, əsasə kapitala qoyulan investisiyalar 3 dəfə, qeyri-neft məhsullarının ixracı 3 dəfə, əhalinin nominal gəlirləri 8 dəfə, orta əmək haqqı 6.4 dəfə artıb” - deyə, Artur Rasizadə Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu günə qədər olan göstəriciləri müqayisə edib. 

Baş nazir bildirib ki, 250 mindən artıq qaçqın və məcburi köçkünün sosail problemlərinin həllinə 5.2 milyard manat həcmində vəsait xərclənib.

"1 milyon 677 min yeni iş yerləri yaradılıb. 10 min kmdən çox avtomobil yolları salınııb” - deyə, qeyd edib. 

Artur Rasizadə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyinin fəaliyyətini də tənqid edib: 

"2016-cı ildə ölkənin maliyyə-bank sektorunda mövcud olan çətinliklər, onu mürəkkəb il kimi xarakterizə etməyə əsas verir. Dünyada gedən mənfi iqtisadi proseslərdən dolayı tədiyyə balansında kəsir yaranmışdı. Bir sıra bankların qeyri-qənaətbəxş işləməsi, ölkənin əhəmiyyətli maliyyə qurumu Beynəlxalq Bankın keçmiş rəhbərliyinin cinayətkar fəaliyyəti vəziyyəti daha da ağırlaşdırmışdı. Vəziyyət nəzərə alan dövlət başçısı maliyyə sektorunda dövlət idarəçiliyini gücləndirmək, makroiqtisadi dayanıqlılığın saxlanılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaratdı. Mövcud problemlər araşdırılaraq, tədbirlər planı hazırlanıb və aidiyyatı dövlət orqanları tərəfindən icrasına başlandı”.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR