Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı -Tarix və Detallar + CƏDVƏL

img

16-03-2017 [19:41]


Martın 17-dən  ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizə qəbulu başlayıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, proses aprelin 10-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). 

Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 15-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

TədbirTarix (2017‑ci il)Qeyd
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:
Magistraturaya qəbul olunmaq üçün ərizə qəbulu10 – 17 martDavam edir
İmtahana buraxılış vərəqəsinin çap edilməsi05 – 08 aprel
QƏBUL İMTAHANI – 1-ci mərhələ09 aprel
Proqram seçimi15 – 22 may
İmtahana buraxılış vərəqəsinin çap edilməsi31 may - 03 iyun
QƏBUL İMTAHANI – 2-ci mərhələ04 iyun
Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:
Rezidenturaya ərizə qəbulu10 – 17 martDavam edir
İmtahana buraxılış vərəqəsinin çap edilməsi05 - 08 aprel
QƏBUL İMTAHANI 1-ci mərhələ09 aprel
İmtahana buraxılış vərəqəsinin çap edilməsi01 - 04 iyul
QƏBUL İMTAHANI 2-ci mərhələ05 iyul
Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və 11-illik təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün)
İlk imtahanda iştirak üçün qeydiyyatın aparılması16 mart‑31 martDavam edir
1-ci imtahan09 aprel
2-ci imtahanda iştirak üçün qeydiyyatın aparılması (1-ci imtahanda "qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün)20 – 31 may
2-ci imtahan (1-ci imtahanda "qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün)11 iyun
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları*27 may, 11 iyun
ərizə qəbulu (I- IV qruplar)16 mart‑10 aprelDavam edir
ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı15 – 22 may
QƏBUL İMTAHANI (ilk imtahan) – I-IV qruplar üzrəAprel‑may
QƏBUL İMTAHANI (ikinci imtahan) – I-IV qruplar üzrəİyul
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat07 – 18 iyul
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları25 iyul - 03 avqust
jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı21 – 24 iyul
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında:
ərizə qəbulu14 mart - 4 aprelDavam edir
QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları)16 aprel
QƏBUL İMTAHANI II mərhələ (əvvəlki illərin məzunları)İyul
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat07 – 18 iyul
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı19 – 23 iyul
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında:
ərizə qəbulu16 mart‑10 aprel
QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)İyul
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat07 – 18 İyul
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı25 iyul-03 avqust
Buraxılış imtahanları:
İlk peşə-ixtisas təhsili müəssisələri12 martkeçirilib
Ümumi orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət - region05 martkeçirilib
Ümumi orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət - region12 martkeçirilib
Ümumi orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət - region18 mart
Ümumi orta təhsil bazasında II mərhələİyun
Tam orta təhsil bazasındaİyun


Digər xəbərlər
SON XƏBƏRLƏR