Dəyişiklikdən sonra pensiyalar necə hesablanacaq? - Deputat kimlərin pensiya alacağını açıqladı

img

10-03-2017 [18:48]


Əmək qabiliyyətlilərin yalnız 48 faizi pensiyaya ümid edə bilərlər.

Milli Məclisdə "Əmək pensiyaları haqqında” qanununa bu gün qəbul edilmiş dəyişikliklərdən sonra Azərbaycanda xeyli insan pensiya almaq imkanından məhrum olacaq.

Mia.az istipress-ə istinadən xəbər verir ki, dəyişiklikləri şərh edən millət vəkili Əli Məsimlinin sözlərinə görə, ensiya yaşına çatmış vətəndaş müəyyən şərtləri yerinə yetirmədikdə pensiya ala bilməyəcək:

"Onun Dövlət Sosial Müdafiə Fonduna ödədiyi vəsaitləri 144 aya böldükdə alınan məbləğ 110 manatdan artıq olmalıdır. Əks halda, o, bu vəsait toplanana qədər işləməlidir”.

Millət vəkilinin sözlərinə görə, həm də pensiya almaq üçün vətəndaşın ən azı 25 il işləməsi vacib olacaq: 

"Bu məsələdə müxtəlif yanaşmalar var. Bəzi ölkələrdə bunun üçün 15 il, bəzi ölkələrdə isə 20 il tələb olunur. Bizdə 25 il olması qərara alındı”.

Həmçinin yeni dəyişikliklərə görə, qadınlar və kişilər üçün pensiya yaşı 65-ə qaldırılıb: 

"Yaşı 65-ə çatıb pensiya ala bilməyən insanlar işləyə bilməyəcəklərsə, müxtəlif müavinətlərə ümid edə bilərlər”.

Millət vəkili, bütün bunlarla yanaşı, qanuna yeni düzəlişlərdə müsbət məqamın da olduğunu bildirir. Onun sözlərinə görə, qanuna düzəlişlərin əvvəlki redaksiyasında pensiya yaşına çatmış vətəndaşın pensiya çıxması üçnü ən azı 12 il iş stajının olması vacib idi, indi isə belə tələb yoxdur. Yəni, vətəndaş 5 il işləyib DSMF-ə 16 min ödəsə, yaşı 65-ə çatdıqda çatdıqda pensiya ala bilər.

Bunlar millət vəkilinin fikridir. 

Amma Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında gələcəkdə ölkə vətəndaşlarının təxminən yarısının pensiyadan məhrum olacağını bəri başdan ehtimal etmək olar.

Statistikaya görə, ölkədə 6,3 milyon əmək qabiliyyətli adam var. Bunların 4,7 milyonu məşğuldur. Qalan 1,6 milyon adam evdar qadınlar və qohumların yardımı ilə yaşayan işsizlərdir, yəni DSMF-ə ödəniş vermirlər. Məşğul əhalinin 1,7 milyonu kənd təsərrüfatında çalışır, onlar da DSMF-ə ödəniş vermir. Beləliklə, əmək qabilyyətli 6,3 milyon adamdan yalnız 3 milyonu, yəni 48%-i pensiya yala biləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR