Mehriban Əliyeva sual verdi, Həsənovla Abutalıbov cavabladı - Müşavirədə dialoq

img

10-03-2017 [00:07]


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da çıxış edib.

Daha sonra səlahiyyətli şəxslər Mehriban Əliyevanın suallarını cavablandırıb.

Birinci vitse-prezident Mehriban Əliyeva: Hacıbala müəllim, siz qeyd etdiniz ki, Bakı şəhəri üzrə 217 min 118 nəfər qaçqın və məcburi köçkün məskunlaşıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov: Qeydiyyatda olanlar 195 min 118 nəfər, qeydiyyatda olmayanlar 22 min nəfərdir - bir yerdə 217 min 118 nəfər.

Birinci vitse-prezident Mehriban Əliyeva: Dediniz ki, onlardan 8666-sı məktəb və uşaq bağçalarında yerləşib. Bu gün neçə ailə, neçə məcburi köçkün ən qəzalı, ən təhlükəli binalarda yaşayır?

Baş nazirin müavini Əli Həsənov: Bakı şəhəri üzrə qəzalı vəziyyətdə olan 117 binada 7870 ailə məskunlaşıb. Sumqayıt şəhərində qəzalı vəziyyətdə olan 5 binada isə 354 ailə yaşayır. Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən respublika üzrə 52 bina qəzalı vəziyyətdədir. Onlardan 44-ü Bakı şəhərindədir və burada 4 min ailə məskunlaşıb. Yəni, 44 bina və 4 min ailə hər an təhlükə ilə üzləşə bilər. Vəziyyət belədir.

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu rəqəm 4 min köçkün ailəsi barədədir?

Baş nazirin müavini Əli Həsənov: Bəli, 4 min ailə, 16 min nəfər. Biz onları da növbəyə salmışıq. İlk növbədə nəzərə almışıq ki, hansılar dözülməz vəziyyətdədir. Bu siyahını Fonda təqdim etmişik.



Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR