“Qarabağda müharibə qaçılmazdır” - Məşhur ekspert cəbhədəki vəziyyətin gərginləşəcəyi mesajını verdi

img

25-02-2017 [16:53]


"Mən prosesləri izləyirəm və təəssüflə deyirəm ki, müharibə praktiki olaraq qaçılmazdır”. 

Mia.az saytının xəbərinə görə, bunu Rusiyanın məşhur hərbi eksperti Pavel Felqenhauer haqqın.az saytına Dağlıq Qarabağ münaqişəsi zonasındakı şiddətli döyüşlərə münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, hazırda beynəlxalq güclər diqqəti başqa məsələyə yönəlbiblər. O xatırladıb ki, hətta ABŞ və Rusiyanın baş qərargah rəislərinin Bakı görüşü də Qarabağ problemi ilə bağlı deyildi.

"Dünya Qarabağı unutmağa cəhd edir. Müharibə olmasa, bu problemi xatırlayan yoxdur”- deyə o əlavə edib.

Hərbi analitik bildirib ki, Azərbaycan və Ermənistan razılaşsa, gərginliyin səviyyəsini azalda bilərlər, ancaq bütün bunlar müvəqqəti olar. Felqanhauerin fikrincə, cəbhə xəttindəki mənzərə kədərlidir:

"İndi "müharibə başlanacaq ya yox” sualını verməyin mənası yoxdur. Əsas sual bu olmalıdır: "Müharibə nə vaxt başlanacaq””.

Digər xəbərlər
SON XƏBƏRLƏR