25-02-2017 [16:12]
"Mənim rəhbərliyim altında İrana səfər edən Azərbaycan nümayəndə heyəti İran tərəfi ilə birlikdə Araz çayı üzərində reallaşdırılan "Xudafərin və Qız qalası" layihəsinin icrası ilə tanış oldu".
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev İrana səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, hələ sovet dövründə bu məsələ uzun müddət müzakirə mövzusu olub və bu istiqamətində xeyli danışıqlar aparılıb:
"Yalnız prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində 2016-cı il 23 fevral tarixində "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"i imzalanıb. "Xudafərin" və "Qız qalası", eləcə də "Ordubad" və "Marazad" sazişləri hər iki tərəfdən qüvvəyə minib. Qeyd edim ki, bu sənədlər İran parlamenti tərəfindən ən tez ratifikasiya olunmuş sənədlərdəndir. Azərbaycan nümayəndə heyətinin "Xudafərin" və "Qız qalası" layihəsinin icrası ilə tanışlığı da məhz bu əlamətdar tarixə - 23 fevrala təsadüf edir. 2017-ci ilin yanvarında Azərbaycan prezidenti tərəfindən 36 MVt gücündə Ordubad SES-in təməli qoyulub. "Xudafərin" və "Qız qalası" layihəsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. Bu Azərbaycana layihənin idarəetməsində fəal iştiraka və suvarmaya böyük imkan yaradacaq. Layihə çərçivəsində tikilmiş bəndin hündürlüyü 64 metr, uzunluğu 400 metrdir. Su tutumu 1,6 milyard kubmetrdir".
Nazir bildirib ki, sazişdə hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.
"İşğal olunmuş ərazilərdə Azərbaycanın suveren hüquqlarını tanıyan bu mühüm Sənədin imzalanması prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran ilə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin təzahürüdür. Bu layihə bir daha göstərir ki, işğalçı Ermənistanın səylərinə baxmayaraq beynəlxalq hüquq və haqq-ədalət Azərbaycanın tərəfindədir. Bu ərazilərin işğal altında olmasına baxmayaraq, Azərbaycan iqtisadi fəaliyyət göstərir. Ermənistanın işğalçı siyasəti heç bir nəticə vermir və bu ərazilər üzərində Azərbaycan öz suveren hüquqlarını həyata keçirir", - deyə Ş. Mustafayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti layihənin gedişi ilə tanış olarkən erməni vandalizminin, vəhşiliyinin bir daha şahidi olub: "Azərbaycanın Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb, evlər yerlə yeksan edilib, infrastruktur tamamilə məhv edilib. Dəmir yolu xətləri belə erməni acgözlüyünün qurbanı olub, reyslər və şpallar sökülərək daşınıb".
Ş. Mustafayev bildirib ki, artıq torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən ciddi addımlar atılır.
"Xudafərin" və "Qız qalası" layihəsinin Azərbaycanın işğal olunmuş ərazilərində icrasına başlanılması da bunu bir daha sübut edir. İşğaldan azad edilmiş Cocuq Mərcanlıda prezident İlham Əliyevin tapşırığı ilə bərpa və geniş quruculuq işlərinə başlanılıb. "Xudafərin" və "Qız qalası" layihəsi prezident İlham Əliyevin və onun iranlı həmkarı Həsən Ruhaninin siyasi iradəsinin, ölkələrimiz arasında strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin təzahürüdür", - deyə, o, qeyd edib.
APA
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb