25-02-2017 [15:18]
Hərbi ekspert Azad İsazadə də hesab edir ki, Ermənistan rəhbərliyi çalışır ki, diqqəti ölkədəki daxili siyasi proseslərdən yayınsın:
"Uzun müddətdir ki, cəbhədə gərginlik səngimir. Bir balaca azalır, amma neçə vaxtdır səngimir. Sözsüz ki, Ermənistanda gedən proseslər, siyasi dəyişikliklərlə bağlı rəhbərlik çalışır ki, Qarabağda gərginliyi daima yüksək səviyyədə saxlasın. Cəmiyyətin diqqəti daha çox Qarabağa bağlı olsun, nəinki gedən daxili proseslərə. Düşünürəm ki, bu səbəbdən təmas xəttində yaxın aylarda bu gərginlik davam edəcək. Gərginliyin olmasında Xocalıyla bağlı amil də rol oynayır. Amma əsas faktor, əsas amil Ermənistanın daxilində gedən proseslərdir”.
Ehtiyatda olan zabit, hərbi ekspert Üzeyir Cəfərov bakiposta açıqlamasında bildirib ki, Ermənistanın daxilində baş verən gərginlik, düşmənləri belə bir addım atmağa sövq edib:
Ekspert Xocalı soyqırımı amilinin də vəziyyətin gərginləşməsində mühüm amil olduğu qənaətindədir: "Aydın məsələdir ki, Xocalı soyqırımı məsələsi də bu gərginlikdə rol oynayır. Amma biz unutmamalıyıq ki, Xocalıda törətdikləri cinayətə görə ermənilər mütləq cavab verməlidirlər. Əgər belə davam edərsə, Xocalı faciəsi günü ermənilər böyük itkilərlə üzləşə bilərlər”.
Ü.Cəfərovun sözlərinə görə, əslində, indiki məqamda cəbhədə gərginlik ermənilərə sərf edir: "Erməni tərəfi maksimum çalışırdı ki, vəziyyəti bu həddə gətirib çatdırsın. Onlar dünəndən başlayaraq Ağdam, Tərtər istiqamətində bəzi hərəkətlərə yol verdilər. O cümlədən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, Tovuz, Qazax istiqamətində gərginlik yaratmağa çalışdılar. Amma dünən uğursuzluqla üzləşən ermənilər Xocavənd Füzuli istiqamətində açıq düzəngah istiqamətində müəyyən addımlar atmağa çalışırlar. Çox namərdcəsinə artilleriya mərmilərindən istifadə edirlər. Artilleriya mərmiləri də çox böyük dağıdıcı gücə malikdir. Müdafiə Nazirliyinin məlumatında da gördünüz ki, bizim şəhidlərimiz var, yaralananlar var. Müdafiə Nazirliyi də düşmənin hərəkətlərini diqqətdən kənar saxlamır. Cavab zərbələri endirir. Yaxın saatlarda mən düşünürəm ki, Müdafiə Nazirliyi düşmənin verdiyi itkilərlə bağlı cəmiyyətimizi məlumatlandıracaq. Nazir Zakir Həsənov özü də vəziyyətin gərgin olmasının şəxsən şahidi olub. Lazım olan göstərişlər verib. Narahatlığa heç bir əsas yoxdur”.
Ehtiyatda olan zabit, aprel hadisələrindən sonra Ermənistanın on cəbhəyə xeyli silah topladığını da qeyd edib: "Azərbaycan ötən ilin aprelində böyük səbr, dözüm nümayiş etdirdi. Amma düşmən bundan çox namərdcəsinə istifadə elədi. Bir il ərzində həm havadarları Rusiyadan, həm də digər ölkələrdən kifayət qədər ciddi silahlar alınıb. Xeyli əlavə güc və qüvvə toplanıb. Ona görə də hər iki tərəfdən itkilər çoxdur. Biz bunu bilməliyik, hazır olmalıyıq. Bu, müharibədir, biz bundan təşvişə düşüb, qorxmalı deyilik. Müharibədə konsert olmur, itki olur. Yaralananlar olur”.
Üzeyir Cəfərov sosial şəbəkələrdə cəbhəboyu kəndlərlə bağlı yayılan dezinformasiyalardan da danışıb və şəbəkə istifadəçilərinə xəbərdarlıq edib: "Bir qədər ehtiyatlı olun. Dünəndən sosial şəbəkələrdə yalandan yayırlar ki, camaat kəndlərdən çıxdı, təşvişə düşdü və s. Biz heç yerə çıxmırıq. Lazımsız fikirlərdir bunlar. Biz qabağa getməliyik və gedəcəyik də. Son dərəcə ehtiyatlı olun. Ordumuz kifayət qədər gücə malikdir. Səbrli olsanız, özünüz də görəcəksiniz ki, ermənilər hansı sarsıntıları keçirəcəklər”.
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək