"Hakimiyyət milləti səfərbər etməlidir" - Müxalifətdən cəbhədəki gərginliyə reaksiya

img

25-02-2017 [12:53]


Cəbhədə baş verən gərginlik müxalifət qüvvələrini də narahat edib. 

Bu barədə mia.az-a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev hakimiyyəti qətiyyətli olmağa çağırıb.

"Cəbhə xəttində hadisələrin qaynar fazaya keçməsinin, Azərbaycan daxilində baş verən siyasi proseslərlə birbaşa əlaqəli olduğunu bildirmişdim. Kreml siyasi təzyiq rıçaqlarını itirəcəyindən ehtiyatlanaraq, Prezident İlham Əliyevi təhdid edir.

Dayanmaq olmaz, davam edilməlidir. Daxili təzyiq vasitələrindən qurtulmasaq, xilas ola bilməyəcəyik. Kreml hakimiyyət daxilində olanlardan əyləc kimi istifadə edir. Bu ballastla Dövləti dibə apara bilərlər. Qətiyyətli olmaq lazımdır. Hakimiyyət milləti səfərbər etməlidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR