Bu media orqanları Ağ evin qeyri-rəsmi brifinqinə buraxılmayıb - SİYAHI

img

25-02-2017 [11:41]


ABŞ-da bir qrup media nümayəndəsi Ağ evin qeyri-rəsmi brifinqinə buraxılmayıb.

Prezident Administrasiyası CNN, The New York Times, Los Angeles Times, Politico, BuzzFeed və The Daily Mail kimi media qurumlarının jurnalistlərini mətbuat konfransına buraxmaqdan imtina edib.

CNN-in məlumatına görə, brifinqə Breitbart News, The Washington Times и One America News Network kimi mühafizəkar nəşrlərin təmsilçiləri buraxılıblar.

Associated Press agentliyi və The Time jurnalının əməkdaşları həmrəylik göstərərək brifinqə qatılmaqdan imtina ediblər.

Prezident Adminstrasiyası hələ ki, vəziyyəti şərh etməyib.

Ötən həftə Tramp NBC, ABC, CBS, CNN telekanallarını və The New York Times qəzetini Amerika xalqının düşmənləri adlandırıb. Buna qədər isə çıxışlarında bəzi media qurumlarını yalan xəbər yaymaqda ittiham edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR