"Ən əsas məqsədimiz soyqırımı törədənlərin cəzalandırılmasıdır" - Əli Əhmədov

img

25-02-2017 [11:36]


"Xocalı soyqırımı ilə bağlı Şəhidlər xiyabanında abidə qoyulması, protokola salınması barədə Milli Məclisdə qaldırılan təklif müsbət qarşılanır. Amma bizim ən əsas məqsədimiz bu soyqırımı törədənlərin hüquqi müstəvidə cəzalandırılmasıdır".
 
Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.
 
O bildirib ki, Qarabağ müharibəsi şəhidlərinin ailələrinin, bu müharibə nəticəsində ziyan çəkən insanların hər birinin həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti imkan daxilində lazım olan bütün addımları atır: "Xocalı soyqırımı nəticəsində evsiz-eşiksiz qalan insanlara da lazım olan bütün köməkliklər göstərilir. Güman edirəm ki, bütün lazımi tədbirlər görülüb".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub