Qadını vurub qaçan sürücü həbs edildi - Baş Prokurorluqdan Lənkərandakı hadisə haqda açıqlama

img

24-02-2017 [23:00]


Daxili işlər və prokurorluq orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutulub.

Bu barədə Mia.az-a Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, 22 fevral 2017-ci il tarixdə, saat 19:20 radələrində Həsənov Bağı Məmmədhəsən oğlunun idarə etdiyi "VAZ-21093” markalı 50-BR-163 dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu, Liman şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada - 1960-cı il təvəllüdlü Səmiyeva Dəstəgül Əzməmməd qızını vuraraq hadisə yerindən qaçıb. Nəticədə o, hadisə yerində ölüb:

"Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb.

B.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və Lənkəran rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR