Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir - Binəqədidə

img

24-02-2017 [18:21]


Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar "Xocalı harayı” adlı tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Kamaləddin Qafarov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün   Əliyeva,  YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov,  YAP Binəqədi rayon təşkilatının Şura üzvləri,YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri, İctimai birliklərin rəhbərlərivə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Xocalı soyqırımının 25-ci ildönümü haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən respublikada, eləcə də Binəqədi rayonunda mühüm tədbirlərin həyata keçirildiyini bildirib. 

Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı ölkəmizin hər yerində anım mərasimlərinin, konfransların, tədbirlərin keçirildiyini vurğuladı. O qeyd etdi ki, artıq bir sıra ölkə parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıyıb.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov Xocalı faciəsinin sadəcə bir qırğın aktı olmadığını, milli mənsubiyyətinə görə bir topluma qarşı törədilmiş soyqırım olduğunu bildirdilər. 

Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün   Əliyeva vurğuladı ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 25 il ayırır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir...

Sonra tədbir bədii hissə və Xocalı faciəsinə həsr edilmiş "Müharibə uşaqları” adlı filmin nümayişi ilə davam etdirildi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR