Xocalı faciəsi Biləcəridə anıldı - Tədbir

img

24-02-2017 [13:49]


23.02.2017- ci il tarixdə Biləcəri qəsəbəsindəki şəhid Rizvan Pirnəzərov adına 299 saylı məktəb-liseydə məktəbin kollektivi Xocalı soyqırımının 25 illiyinə həsr edilən geniş tədbir keçirib.

Tədbirdə məktəb şagirdlərinin soyqırımla bağlı çəkdikləri rəsimlər nümayiş etdirilmiş, "şahinlər”dən ibarət qrup tərəfindən hazırlanmış musiqili bədii səhnələr təqdim edilib.

Göstərilən səhnələrdə və söylənilən şerlərdə erməni qəsbkarlarının soydaşlarımıza qarşı misli görünməmiş vəhşilikləri öz əksini tapıb. Tədbirdə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid Rizvan Pirnəzərovun xatirəsi də yad edilmiş, yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi baxımından məktəbin direktoru Solmaz Kazımovanın, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevin və şəhid Rizvan Pirnəzərovun bacısı Qəndab Pirnəzərovanın çıxışları dinlənilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR