Nəsimidə Xocalı faciəsi anılıb - İcra başçısı ilə görüş

img

22-02-2017 [15:54]


Nəsimi rayon İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümü ilə bağlı Xocalı şəhərindən köçkün düşərək bu rayonunda məskunlaşmış 60 ailənin nümayəndələri ilə görüş keçirilib.

İH-dən Mia.az-a daxil olan xəbərə görə, görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirib ki, hər il faciənin ildöümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir.

Asif Əsgərov bildirib ki, prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Sərəncam imzalayıb və bu Sərəncamın icrası ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər hazırlanıb keçirilir.

Tədbirdə çıxış edənlər Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşidov Nadir, şəhid ailələri Şahmuradova Sahibə və Məmmədova Məlahət ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.

İcra başçısı xocalılarla görüşdü

İcra başçısı xocalılarla görüşdü


Digər xəbərlər
SON XƏBƏRLƏR