Mehriban Əliyevanın deputat fəaliyyətinə nə vaxt xitam veriləcək? - MSK sədri

img

22-02-2017 [15:16]


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın 1-ci vitse-prezident təyin olunmasına münasibət bildirib.

Mia.az xəbər verir ki, o, unikal.org-a açıqlamasında bu qərarı yüksək qiymətləndirdiyini deyib: "Olduqca sevindirici, unikal haldır. Cənab prezident tərəfindən Mehriban xanım Əliyevanın 1-ci vitse-prezident olması ilə bağlı qərarı uğurlu təyinatdır. Bu sərəncam hər birimizi çox sevindirdi. Mehriban xanıma fəaliyyətində uğurlar arzulayırıq”.

MSK sədri Mehriban xanım Əliyevanın mandatı ilə bağlı məsələyə də toxunub: "Burada heç bir problem görmürəm. Mehriban xanımın özü bununla bağlı müraciət etməlidir. Onun adından müraciət daxil olan kimi bu məsələyə baxacağıq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR