“Young Business Factory” və “Veysəloğlu”ndan növbəti "Career Week” - FOTO

img

22-02-2017 [13:47]


"Young Business Factory”  və "Veysəloğlu” şirkətinin əməkdaşlığı ilə növbəti "Career Week” keçirilib.

Mia.az-a verilən məlumata görə, tur zamanı "Veysəloğlu” şirkətin tərkibində  fəaliyyət göstərən "Ulduz şokolad fabriki”-nda  olan gənclər şirkətin fəaliyyət sahələri, istehsal və keyfiyyətə nəzarət prosesi, istifadə olunan texnologiyalar, iş mexanizmləri ilə tanış olublar.  

Həmçinin gənclərə şirkətin idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə bağlı məlumat verilərək, onları maraqlandıran suallar şirkət nümayəndələri tərəfindən cavablandırılıb. 

Sonda ekskursiya iştirakçıları yaradılmış şəraitə görə "Young Business Factory” və  "Veysəloğlu” şirkətinin  nümayəndələrinə öz təşəkkürlərini bildiriblər. 

Qeyd edək ki, Young Business Factory 2013-cü il avqust ayının 18-də İstanbulda yaradılıb. Beynəlxalq şirkət olaraq dünya üzrə 160-dan çox partnyora sahibdir. Əsas fəaliyyət sahələri Azərbaycanda və xarici ölkələrdə praktiki professional təlim, konfrans, onlayn kurs və seminarlar, müxtəlif təhsil proqramlarının keçirilməsidir. Young Business Factory 2015-2016-cı illərdə 130-dan çox Beynəlxalq Kamp təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR