BMT baş katibindən Qarabağ açıqlaması - Prezidentlərə çağırış

img

22-02-2017 [12:30]


BMT Dağlıq Qarabağ münaqişəsi tərəflərini davamlı və hərtərəfli danışıqlar prosesinin bərpası üçün siyasi iradə nümayiş etdirməyə çağırıb. 
 
Bu barədə BMT baş katibinin Avropadakı münaqişələrlə bağlı qurumun Təhlükəsizlik Şurasının açıq debatlarına təqdim olunan qeydlərində deyilir. 
 
Baş katib Antonio Qutyerres bildirib ki, bu kimi münaqişələrə dair istifadə olunan "dondurulmuş münaqişə” ifadəsi yanlışlığa aparır: "Sülh müqaviləsi imzalanmasa və tətbiq edilməsə, zorakılığın yenidən başlaması riski qalır. Biz buna Cənubi Qafqazda, Dağlıq Qarabağda ötən ilin aprelində şahid olduq. BMT ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyir. Biz münaqişə tərəflərini gərginliyin azaldılmasına və münaqişənin qarşısının alınmasına dair razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə çağırırıq”.
 
A Quttyerres deyib ki, təkcə atəşkəs rejiminin gücləndirilməsi və əvvəlki öhdəlikləri yerinə yetirməklə bağlı yox, davamlı və hərtərəfli danışıqlar prosesinin bərpası üçün də tərəflər siyasi iradə nümayiş etdirməlidir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub