Umud Mirzəyev: "Mehriban Əliyeva istər dövlət idarəetməsində, istərsə də..."

img

21-02-2017 [18:35]


"Mehriban xanım Əliyevanın dövlət idarəçiliyində çox yüksək səviyyədə təmsil olunması arzulanırdı. Heç şübhəsiz, yeni təyinat uğurlu bir seçimdir. Cənab Prezidentin gündəlik fəaliyyətində biz Birinci Xanımın həmişə onun yanında olduğunun, dəstək verdiyinin şahidi olmuşuq. Bu səbəbdən, ölkə başçısının müvafiq sərəncamı hər kəsin ürəyincə oldu. Həqiqətən də, Azərbaycan xalqı Mehriban xanıma böyük rəğbət və sevgi ilə yanaşır".
 
Mia.az xəbər verir ki, bunu "Eurasia Diary” analitik informasiya portalına Prezident İlham Əliyevin Mehriban Əliyevanın birinci vitse-prezident postuna təyin edilməsi barədə sərəncamına münasibət bildirən BAMF sədri Umud Mirzəyev deyib.

 Onun sözlərinə görə, Mehriban Əliyeva istər dövlət idarəetməsində, istərsə də ictimaiyyətdə böyük nüfuza malik bir insandır:
 
"Mehriban xanımın təyinatı gözlənilən idi. Çünki birinci xanım tək Azərbaycanda deyil Amerikada, Avropa ölkələrində, Asiyada çox böyük işlər görüb, layihələr həyata keçirib. Onun gerçəkləşdirdiyi layihələr genişmiqyaslı və sərhədlərə sığmayan layihələrdir.

 Birinci xanım statusu aldıqdan qısa müddət sonra bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil etməyə başladı. Həm UNESCO-nun, həm də İSESCO-nun xoşməramlı səfiri kimi bütün dünya mediasının gündəmində idi. Mehriban Əliyeva Azərbaycan həqiqətlərinin, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı böyük işlər görüb. 

Əminəm ki, bu vəzifəsində daha böyük səlahiyyətlərə və imkanlara malik olaraq, Azərbaycanın inkişafına, xalqımızın gələcəyi, xoş güzəranı naminə çox böyük uğurlara imza atacaq. Mehriban xanıma uğurlar arzulayıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR