Prezidentin müşavirindən Cocuq Mərcanlı ilə bağlı təklif - "Muzey olsun"

img

21-02-2017 [12:07]


"İşğaldan azad olunan Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən vandalizmə məruz qalmış bir neçə evin açıq səma altında işğal muzeyi kimi qalması yaxşı olardı”.

Bunu Azərbaycan prezidentinin müşaviri Kamal Abdulla Qafqaz Müsəlmanları İdarəsində "Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! "Xocalıya ədalət!”” adlı tədbirdə bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağa qayıdış Cocuq Mərcanlıdan başlayır: "Ümid edirəm ki, Cocuq Mərcanlıda erməni vandalizminin nümunəsi olaraq dağılmış evlərin bir hissəsi açıq səma altında bir muzey kimi saxlanılacaq və bizi erməni vandalizmini daim yaddaşımızda saxlamağa çağıracaq”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR