18-02-2017 [23:21]
"Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatının inkişafının önündə duran ən böyük əngəllərdən biri də oliqarxiya və məmur biznesidir. Ölkə iqtisadiyyatı demək olar ki, bir neçə məmur arasında bölüşdürülüb. Bu isə qeyri-neft sektorunun inkişafı üçün keçirilən islahatların müsbət nəticələr doğurmasını imkansız edir".
Bu fikirləri deputat Fazil Mustafa sosial şəbəkədə bildirib. Fazil Mustafa daha sonra bildirir ki, Nəqliyyat Nazirliyinin ləğv edilməsindən, Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılmasından sonra mediada oliqarxların idarəetmədən uzaqlaşdırılması mövzusunda müzakirələr başlayıb: "Bundan öncə də ölkə başçısı bəzi nüfuzlu və oliqarxlaşmış nazirləri vəzifədən çıxararaq onların yerinə gənc, korrupsiyaya bulaşmamış kadrlar gətirilmişdi. Görünən odur ki, iqtidar oliqarxları mərhələli şəkildə iqtisadiyyatın müxtəlif sektorlarından uzaqlaşdırmaq istiqamətində iş aparır. Prezident İlham Əliyevin idarəetməni "ASAN xidmət" modelinə çevirməklə bağlı planlarının olduğu da dəfələrlə bildirilir. Elə ölkə başçısının özü də çıxışlarında bu haqda bəhs edib".
Fazil Mustafa isə düşünür ki, əsas kriteriya gətirilən yeni kadrların islahatlara meylli olmasıdır: "Hesab etmirəm ki, yaşlı kadrların yerinə gənc kadrların gəlməsi nəyisə dəyişə bilər. İslahatçı düşüncəyə sahib olan gənc kadrlar vəzifəyə gətirilərsə, bu yolla nəyəsə nail olmaq olar. Əks halda, yaş məsələsi islahatlar aparmaq üçün heç bir halda kriteriya deyil. Bu baxımdan, mən bu məsələdə bir qədər ehtiyatlı davranmağın tərəfdarıyam. Daha səviyyəli və hazırlıqlı kadrların, cəmiyyət arasında müəyyən reputasiyaya malik kadrların vəzifəyə gətirilməsi daha müsbət nəticələr verər. Bir çox belə kadrlar var. Amma onların heç də özünü doğrultduğunu söyləmək olmaz. Bu baxımdan, məsələyə gənclik deyil, keyfiyyət prizmasından baxılmalıdır. Ümid edək ki, yeni təyin olunan kadrlar bu keyfiyyət göstəricisinə cavab verəcək”.
Deputatın fikrincə, oliqarxların vəzifədən kənarlaşdırılması, monopoliya imkanlarının əllərindən alınması iqtisadiyyata əsaslı şəkildə təsir göstərə bilməz: "Bu prinsiplə məsələyə yanaşmaq doğru deyil. Çünki hakimiyyətdə qalanların içində də oliqarxiyaya daxil olan insanlar var. İndiyə qədər həbs olunanlar da oliqarx idi, onlar vəzifədən getdikdən sonra oliqarxiya dayanmadı ki... Ona görə də məsələni daha fərqli kontekstdə götürməliyik, islahatçı xarakterə sahib olan insanlar vəzifəyə gətirilməlidir. Ola bilər ki, yeni kadr korrupsiyaya bulaşmayıb, oliqarxiyaya daxil deyil, ancaq islahatların əleyhdarıdır”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb