"Onların casusluqla suçlanması doğru deyil" - Baş nazirdən ABŞ və Almaniyaya mesaj

img

18-02-2017 [19:13]


Türkiyənin baş naziri İŞİD-in "paytaxtı" Rakkaya bağlı sualları cavablandırıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir "Anlaşırsaq, birbaşa əməliyyata girməyəcəyik, gərəkən texniki dəstəyi verəcəyik" deyib.

Yıldırım ABŞ-ın PKK-nın bir qolu olan PYD ilə birgə hərəkət etməsini də qbul etmədiklərini deyib: "Bu, dostluğa da sığmaz. Yenə deyirəm, əgər anlaşa bilərsək, Türkiyə ordusu Rakkaya birbaşa ordu yeridib, əməliyyatda iştirak etməyəcək. Bunu Ankarada Almaniya kansleri Merkelə də söylədim".

Baş nazir Almaniyada evlərində axtarış aparılan və casusluqda ittiham olunan 4 imamla bağlı suala isə belə cavab verib: "İmamlar söhbətini qızışdırmaq lazım deyil.  Bizim acımızdan imamlar söhbəti bağlandı. İmamların casusluqla suçlanması doğru deyil".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR