Sumqayıtda SDU tələbələri ilə "İslam həmrəyliyi" mövzusunda müzakirələr oldu

img

18-02-2017 [17:25]


18.02.2017-ci il tarixdə M.Ə.Rəsulzadə adına kitabxana filialda Azərbaycanda İslam Həmrəyliyi ili elan olunması ilə əlaqədar "Dövlət və Din” mövzusunda oxucu konfransı keçirildi. 

Tədbirdə Tarix Araşdırmalar Qrumunun həmtəsisçisi, "Birlik.az” saytının rəhbəri Vüsal Hətəmov və kitabxananın oxucuları iştirak etdilər. Tədbiri kitabxananın müdiri Ofelya xanım açıq elan edərək İslam dininin yaranmasından söhbət açdı. Söylədi ki, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrSumqayıı-seçkilik və qarşıdurma baş verməyib. Hər zaman qarşılıqlı etimada və hörmətə əsaslanan milli-mədəni və dini münasibətlər mövcud olmuşdur. Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında bizim xalqımıza xas olan humanizmin və multikulturalist dəyərlərin müstəsna rolu vardır. Vüsal müəllim şıxış edərək söylədi ki, Azərbaycan əsrlərdir mövcud olan və bu gün dünyanın bir çox dövləti üçün nümunə göstərilən tolerantlığın, birlik və bütövlüyünün zəmanəti olan azərbaycançılıq məfkurəsini təbliğ etməkdir. Bu gün Azərbaycan dinlərarası münasibətlərin ideal göstəricilərinin olduğu Cənubi Qafqaz ölkəsidir. Nəinki Cənubi Qafqazda, əminliklə demək olar ki, bütün Yaxın və Orta Şərqdə ölkəmiz İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı, və dövlət nəzarətinin olduğu mükəmməl nümunələrdən biridir. Tədbirdə çıxış edən tələbələrin də mövzu ətrafında çox maraqlı çıxışları dinlənildi. Vurğulandı ki, dini müstəvidə radikallığın qarşısını almaqdan ötrü dövlət maarifçiliyə geniş yer verməlidir. Ölkədə dövlət-din müstəvisində yaranan problemin kökündə dini maarifin aşağı səviyyədə olması durur”. Bunun üçün də gənclərin düzgün maariflənməsi vacib şərtdir.

Sumqayıt şəhərM.Ə.Rəsulzadə adına kitabxana mətbuat şöbəsi

birlik.az

Sosial şəbəkələrdə paylaş:


Digər xəbərlər
SON XƏBƏRLƏR