Terrorçular hakimlərin yaşadığı binanın yaxınlığında bomba partlatdı - 3 yaşlı uşaq öldü, 15 nəfər yaralandı

img

17-02-2017 [23:37]


Türkiyənin Şanlıurfa vilayətində yaşayış hakim və prokurorların yaşadığı binanın yaxınlığında güclü partlayış baş verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Ölənin 3 yaşlı uşaq olduğu bildirilir.

Bu barədə şəhər valisi Güngör Azim açıqlama verib.

Məlumata görə, hadisədən dərhal sonra Ərdoğan olayla maraqlanıb, prezidentə detallı məlumat verilib. Aydın olub ki, partlayıcı yüklü maşın binanın yaxınlığına park edilib. Sonradan uzaqdan idarə olunan mexanizmlə partladılıb.

Hələlik hadisəni PKK və ya İŞİD-in törətməsi haqda rəsmi xəbər açıqlanmayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR