Göl daşdı, həyətləri basdı - FHN 12 nəfəri təxliyyə etdi

img

17-02-2017 [22:23]


​Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsi qalxaraq yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 12 nəfərin təhlükəsiz əraziyə təxliyyə olunmasını təmin ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR