100 illik anlaşma pozuldu, 12 önəmli bank FED-i məhkəməyə verdi - ABŞ-ın dollar siyasətində çalxalanma

img

17-02-2017 [20:27]


Amerikaa Banklar Birliyi (ABB) ABŞ Mərkəzi Bankına (FED və hökumətə qarşı məhkəmə iddiası qaldırıb.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, ABB FED-lə dvidenti kəsmək və bununla da 100 il əvvəl bağlanan müqaviləni pozmaqda ittiham edir:

"1913-cü ildən etibarən, ABB-yə daxil olan 12 bankla FED arasında anlaşma var. Anlaşmaya görə, həmin banklar FED-in səhmlərinin bir hissəsini alıb və buna görə FED-in gəlirindən 6 faizlik dvident qazanırdılar. Lakin FED-in son illər bu dividenti ödəməməsi səbəbindən həmin bankların gəlirlərində 10 milyard dollar həcmində azalma meydana gəlib. Bu səbəbdən 100 illik anlaşmanı pozmaq və "xüsusi mülkiyyət gəlirini ödəmədən, ona sahiblənmək" kimi iddialar əsasında FED və hökumət məhkəməyə çəkilib".

Məsələ ilə bağlı açıqlama verən Amerika Banklar Birliyinin rəhbəri Rob Nichols deyib ki, məhkəmə son çarələri olub: "Artıq son addım olaraq, hüququ yollara əl atmağa məcbur qaldıq".

Mütəxəssislər isə bildirir ki, ortaya çıxan qalmaqalın kökündə son illər FED-in uçot dərəcəsi ilə bağlı verdiyi real və siyasi qərarların da müəyyən qədər rolu var...

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR