25 il davam edən işğal Rusiyanın və dünyanın gözündə... - Konfrans + FOTOLAR

img

17-02-2017 [17:37]


Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə keçirib."25 il davam edən işğal Rusiyanın və dünyanın gözündə” adlı konfrans keçirilib.

Mia.az xəbər verir ki, konfransda DAK həmsədri, xalq şairi Sabir Rüstəmxanlı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, DAK İdarə heyətinin üzvləri – Xəzər Emin və İsmayıl Ağayev, DAK Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Yasəmən Qaraqoyunlu, yazıçı Fazil Güney və digər ziyalılar iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

S.Rüstəmxanlı tədbiri açaraq konfransın məqsədi haqqında məlumat verib və 25 il davam edən işğalın Azərbaycana vurduğu zərər, erməni terroru, Xocalı faciəsi barədə fikirlərini bölüşüb.

Daha sonra məruzə ilə çıxış edən İ.Qəmbər bildirib ki, Xocalı faciəsinin səbəbkarları beynəlxalq məhkəməyə verilməli, ədalət bərqərar olmalıdır. Tarixdə buna dair təcrübənin olduğunu qeyd edən İsa Qəmbər Azərbaycanın da beynəlxalq məhkəməyə müraciət etmək hüququnun olduğunu vurğulayıb. Bu addımın Qarabağ probleminin həllinə də fayda verəcəyini bildirib.

Geniş məruzədən sonra digər konfrans iştirakçıları – Xəzər Emin, Y.Qaraqoyunlu, Yadigar Türkel və Fazil Güney də mövzu ilə bağlı çıxış ediblər.









Digər xəbərlər
SON XƏBƏRLƏR