Ağ evin müşaviri FBI-ni də aldadıb - Onun həyatını bir kəlmə xilas edib!

img

17-02-2017 [15:52]


Ağ evin milli təhlükəsizlik müşaviri Federal Tədqiqatlar Bürosuna (FBI) yalan danışıb. 

Bütün ABŞ qəzetləri bu haqda yazırlar. «The Washington Post» qəzeti qeyd edir ki, müşavirin istefası Ağ evin gözləntilərinin əksinə nəticə verib, durum bir az da pisləşib, müşavirin nəinki vitse-prezidentə, həm də FBI agentlərinə yalan məlumat verdiyi üzə çıxıb.

BİRCƏ SÖZÜ ONU XİLAS EDİB

Donald Trampın təhlükəsizlik müşaviri Michael Flynn vəzifəsinin icrasına başlayandan 3 həftə sonra – fevralın 14-də istefaya getməli olub. Səbəb onun hələ dekabrda Rusiyanın ölkədəki səfiriylə söhbət edərkən sanksiyaları müzakirə etməsidir. Müşavirin bu haqda rəhbərliyə məlumat verməməsi, ya da özünün diliylə desək, «səhvən tam məlumat verməməsi» və bunun aşkara çıxması bütün administrasiyanı silkələyib.

«The Washington Post» yazır ki, M.Flynn FBI agentlərinin suallarına cavab verərkən səfirlə sanksiyalardan danışmadığını bildirib. Agentlərin əldə etdikləri səs yazıları isə əksini sübut edib. FBI-ya yalan ifadə vermək ABŞ-da cinayət hesab edilir. Bu isə o deməkdir ki, keçmiş müşavirə cinayət işi açıla bilər.

Amma CNN kanalı M.Flynn-ə ittiham irəli sürülməyəcəyini xəbərləyir. Kanalın hüquq mühafizə orqanlarından aldığı məlumata görə, ifadə verərkən işlətdiyi «xatırlamıram» sözü M.Flynnı müdafiə edir. Məsələ burasındadır ki, ilk dəfə dindiriləndə, M.Flynn Rusiyanın səfiriylə söhbəti zamanı sanksiyalar məsələsinə qətiyyən toxunulmadığını söyləyib. Agentlər onu çək-çevir edəndə, «xatırlamıram» deyib.

QƏRARI MÜZAKİRƏ EDİBLƏRMİŞ

FBI mütəxəssisləri M.Flynn-in onlarla əməkdaşlıq etdiyinə və doğru məlumat verməyə çalışdığına, onları yayındırmaq niyyətində olmadığına inandıqlarını söyləyirlər.

Qəzetlər yazır ki, keçmiş müşavir Rusiyanın səfiriylə söhbətdə bütövlükdə sanksiyaları deyil, keçmiş prezident Barack Obama-nın rus diplomatlarının qovulması haqda qərarını müzakirə edib. Əslində, elə bu qərar da sanksiyaların bir hissəsidir.

Beləliklə, Birləşmiş Ştatlarda təhlükəsizlik müşavirinin istefasıyla bağlı qalmaqal davam edir.

CNN FBI-nın məsələni hələ araşdırmaqda olduğunu bildirir.

Azadliq.org

Digər xəbərlər
SON XƏBƏRLƏR