Baş redaktorlar Milli Məclisdə deputatları tənqid etdi - Çıxışlar

img

17-02-2017 [13:26]


"Mətbuatla parlament arasında münasibətlərin sağlam məcrada inkişafı həm dövlət, həm də ictimaiyyət üçün böyük divident gətirə bilər”.

Bunu "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Milli Məclisdə KİV nümayəndələri ilə görüş zamanı çıxış edərkən deyib. 

Bəhruz Quliyev bildirib ki, dövlət-mətbuat münasibətlərinin düzgün istiqamətdə qurulması və inkişafının bünövrəsi mərhum prezident Heydər Əliyev tərəfindən qoyulub:

"Məhz ona görə də mətbuat ulu öndəri özünün dostu sayıb. Və sağlam münasibətlər əsasında formalaşan dövlət və mətbuat münasibətləri bu gün çox yaxşı məcrada inkişaf edir. Cənab Prezident İlham Əliyev də dəfələrlə mətbuat rəhbərləri, Mətbuat Şurasının idarə heyətinin üzvlərini qəbul edib, mətbuata olan iradlarını bir başa özü səsləndirib, bu sahədə olan problemlərlə yaxından maraqlanıb. Bunun nəticəsidir ki, bu gün dövlətin əsas qanadlarından olan parlamentdə geniş görüş keçirilir”.

Baş redaktor bildirib ki, mətbuatı tənqid edərkən, parlementin bəzi nümayəndələrini də tənqid etmək lazımdır:

"Parlamentin bəzi deputatları, komitə üzvləri əsas verməsə, jurnalistlər heç zaman onları tənqid etməzlər. Sağlam tənqiddən qaçmaq lazım deyil. Əgər Milli Məclisdə hər hansı qanun layihəsi müzakirə və ya qəbul olunursa, bu məsələlərin ictimaiyyətə çatdırılması hər zaman mətbuatın diqqətindədir.

Ona görə belə məqamlarda xahiş edirəm ki, bəzi deputatlara, komitə və parlamentlərarası dostluq qruplarının üzvlərinə çatdırın ki, sağlam fəaliyyət göstərən jurnalistlərdən qorxmasınlar. Əksinə belə məqamlarda lazımi məsələləri, qanun layihələrini şərh edib, sərəncamlardan irəli gələn məsələləri ekspert kimi təhlil etsinlər. Buna zərurət var. Sağlam münasibət həm dövlət, həm də ictimaiyyətə xeyir gətirər”.

"Yeni Müsavat” qəzetinin baş redakroru və təsisçisi rəhbəri Rauf Arifoğlu da media-parlament münasibətlərində yaranan gərginliyə bəzən bir sıra millət vəkillərinin özlərinin rəvac verdiyini bildirib.

Görüşdə çıxış edən digər media rəhbərləri də media-parlament münasibətlərinin hasnı formada həllinin tapması, eyni zamanda, medianın üzləşdiyi problem və onun həlli haqqında öz fikirlərini səsləndiriblər.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR