“Lotu Quli”nin Ukraynadakı adamı saxlanıldı - Xüsusi əməliyyat

img

17-02-2017 [12:50]


Ukraynanın Milli Polis və Təhlükəsizlik Xidməti əməkdaşları birgə keçirdikləri xüsusi əməliyyat əsnasında Odessa ərazisində fəaliyyət göstərən azərbaycanlı kriminal avtoriteti saxlayıblar.

Oxu.Az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir. 

Saxlanılan şəxs silah və narkotiklər ilə əlaqədar cinayətlərin törədilməsi ilə əlaqədar axtarışda idi. Əslən Bakıdan olan gənc hazırda həbsxanada olan "Qulu” ləqəbli "qanuni oğru”nun yetirməsidir.

Ukrayna Milli Polis və Təhlükəsizlik Xidmətinin nümayəndəsinin sözlərinə görə, avtoritet müqavimət göstərib və əməliyyatçıları hədələyib. 

Hazırda müvəqqəti təcridxanadadır və o, 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.






Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR