Prezident İlham Əliyev Vitali Kliçko ilə görüşdü –Müzakirə + FOTOLAR

img

17-02-2017 [12:44]


 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Münxendə Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşüb.

Mia.az xəbər evrir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, görüşdə hər iki tərəfdən rəsmi şəxslər iştirak ediblər.

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxendə Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşü olub.

***

Mia.az Azərtac-a istinadən xəbər verir ki, Vitali Kliçko ölkələrimiz arasında qədim tarixə malik dostluq münasibətlərinin olduğunu dedi. Ukraynada çoxlu sayda Azərbaycan diasporunun nümayəndələrinin yaşadığını deyən Kiyevin meri mütəmadi olaraq onlarla görüşlərin keçirildiyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, qarşılıqlı biznes maraqlarının olduğunu deyən Vitali Kliçko SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini vurğuladı, şirkətin və Azərbaycan diasporunun nümayəndələrinin Ukraynanın inkişafına mühüm töhfə verdiyini bildirdi. Mer Kiyevdə ulu öndər Heydər Əliyevin adını daşıyan parkın şəhərin ən nümunəvi məkanlarından birinə çevrildiyini deyib.

Prezident İlham Əliyev Kiyevin dünyanın ən gözəl şəhərlərindən biri olduğunu, onun tarixi hissəsinin qorunmasının və şəhərin inkişafının böyük diqqət tələb etdiyini vurğulayıb, Bakı və Kiyev meriyaları arasında münasibətlərin möhkəmləndirilməsinin və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən danışıb.

Azərbaycan diasporunun Ukraynanın inkişafına töhfə verdiyini bildirən dövlət başçısı ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmləndiyini, Ukraynanın Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR