16-02-2017 [15:44]
"Lider” televiziyasının Qarabağ bölgəsi üzrə operatoru vəzifəsində çalışmış İlqar Fərmanlının qardaşı, 2-ci qrup əlil Azər Fərmanlının Bərdə rayon Polis Şöbəsində yaşadığı hadisə ilə bağlı qalmaqal böyüyür.
Mia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin A. Fərmanlının öz dostu Orxan Quliyevi təhqir etməsi, buna görə polis bölməsinə aparılmaları ilə bağlı açıqlamasından sonra O. Quliyev BakiPost.az-a müraciət edib.
O bildirib ki, nazirliyin yaydığı açıqlama başdan-ayağa yalandır: "Nazirlik bildirir ki, guya, Azər məni təhqir edib, nalayiq ifadələr işlədib. Biz Azərlə uşaqlıqdan dostuq. Elə bir şey mümkün deyil. Nə mən Azərə qarşı elə hərəkət edərəm, nə də o mənə. Bizi heç nədən şərləyiblər”.
Həmin gün A.Fərmanlı ilə birlikdə şöbəyə aparıldığını deyən O.Quliyev hadisələrin necə cərəyan etdiyini belə nəql edib:"Azər məni öz maşınıyla evə düşürməyə gətirirdi. Yanacaq doldurma məntəqəsinin yanında 02 BK 344 dövlət nömrə nişanlı Vaz 21 07 markalı maşınla qarşımızı kəsdilər. Arxadan da bir maşınla bizi təqib edirmişlər. Saxlayan kimi hamısı tökülüşdü. Azərdən maşının sənədlərini istədilər. O da bizi saxlayanın yol polisi olmadığı üçün sənədləri vermədi. Həm də sənəd istəyənlər mülki geyimdə idilər. Mülki geyimlilərdən biri də Elnur idi. O özünü rəisin köməkçisi kimi təqdim elədi. Azər yenə də sənədləri verməyəndə bizi bölməyə gətirdilər”.
O.Quliyev A.Fərmanlı ilə birlikdə şöbədə təhqir edildiyini və döyüldüyünü qeyd edib:"Bizi şöbədə təhqir etdilər, söydülər, yumruq-təpik vurdular. Döyənlər də əsas Emin, Rəşad və Elnur idi. Bizə deyirdilər ki, nəşə çəkmisiniz, boynunuza alın. Amma bizi tanıyan hamı bilir ki, elə şeylərlə əlaqəmiz yoxdur.
Heç bir əsasları olmadan bizi bölməyə aparıb, başımıza min oyun açıblar. DİN-dən də açıqlama verirlər ki, guya, biz dava edirmişik. Onların dediyi heç bir şey olmayıb.
Deyirlər ki, guya 1-də bizi salıblar bölməyə, 3-də buraxıblar. Elə şey olmayıb. 1 sutka qalmışıq orada. İlqar müəllimdən 2000 manat rüşvət alıb, günorta 14:00-da güclə buraxdılar”.
Yerigəlmişkən, bildirək ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi İlqar Fərmanlının qardaşı Azər Fərmanlının polis şöbəsində işgəncələrə məruz qalmasıyla bağlı şikayətinə cavab verib.
İdarənin rəisi, general Sahib Mirzəyev adından İ.Fərmanlıya göndərilən məktubda bildirilib ki, İ.Fərmanlının şikayəti araşdırılıb:"Müəyyən olunub ki, qardaşınız Azər Fərmanlı 14.09.2016-cı il tarixdə saat 01:00 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində tanışı Orxan Quliyevlə mübahisə edib, nalayiq ifadələr işlətməklə asayişi pozduğundan həmin ərazidə xidmətdə olan Bərdə RPŞ İTB-nin polis nəfərləri Emin Mustafayev, Rəşad Məhərrəmov tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib, polis sahə rəisi İlqar Əliyev tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub, qardaşınız izahatında törətdiyi xətanı etiraf edərək, peşmançılıq çəkdiyini bildirdiyindən o, 50 manat cərimələnib.
Aparılmış xidməti təhqiqat nəticəsində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən qardaşınız A.Fərmanlının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məəşğul olmaqda təqsirləndirilərək sərbəst buraxılması müqabilində 2000 manat alınması barədə göstərdiyiniz xüsusatlar təsdiqlənməyib”.
İ.Fərmanlı DİN-in bu cavabıyla bağlı saytımıza yenidən açıqlama verib. O, qurumdan gələn məktuba etiraz edib:"Elnur barədə bir kəlmə də məlumat verilmir. Elnur məsələsi gizlədilir.
Ortada səs yazısı var, şahidlər var, amma bunlar deyir elə şey yoxdur. Əgər pul almamışdısa, o səs yazısında mənə bunu deyərdi.
Araşdırma aparıblar, lap yaxşı, onda sual verirəm, Elnur hanı? Niyə üzə çıxarmırlar? Mən səhvəmsə Elnuru çıxarsınlar ortaya, mən səhv olum. Çıxarmırlarsa, demək ki, nəsə güdürlər. O adamın üzə çıxarılması rəisin bütün qara işlərinin ortaya tökülməsi deməkdir.
Mən şahid yanında vermişəm pulu. Bunlar araşdırma üçün əsas sayılmır? Əgər sayılmırdısa, niyə gəlib ifadələrimizi alırdılar? Belə çıxır ki, gəlib rəisdən öz "haqq”larını alıb, ciblərini doldurub, çıxıb gediblər”.
İ.Fərmanlı Elnur adlı şəxs vasitəsilə polis bölməsinə pul verdiyi ilə bağlı danışığının səs yazısını sübut olaraq redaksiyamıza göndərib. Həmin səs yazısını təqdim edirik:
Xatırladaq ki,BakiPost.azbir neçə gün əvvəl İlqar Fərmanlının qardaşı Azər Fərmanlının polis şöbəsində işgəncələrı məruz qalmasıyla bağlı yazı tirajlamışdı. Bildirimişdik ki, ötən ilin sentyabrın 14-də özünü Bərdə rayon Polis İdarəsinin rəisinin köməkçisi kimi təqdim edən Elnur adlı şəxs A.Fərmanlı və onun maşında olan dostu Orxan Quliyevi narkotiklə şərləyərək, şöbəyə aparıb, daha sonra isə fiziki təzyiqlərə məruz qoyub. İ. Fərmanlı məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, polis əməkdaşları onlardan 2000 manat aldıqdan sonra sərbəst buraxıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə isə məsələnin təhrif olunduğu ilə bağlı açıqlama yayıb. Bildirib ki, rayon sakini Azər Fərmanlı ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməklə həmyerlisi Orxan Quliyevin ünvanına nalayiq ifadələr işlədib. Buna görə də hər iki şəxs polis bölməsinə aparılıb.
Tərəflərin izahatı alındıqdan sonra Azər Fərmanlı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və o, 50 manat məbləğində cərimə edilib. Araşdırma bitdikdən, yəni təxminən 2 saat sonra, saat 03:05-də A.Fərmanlı RPŞ-ni tərk edib.
Qəzzada daha 24 fələstinli həlak olub
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi