"Azərsu", "Azərişıq" və "Azəriqaz"dan prezidentin sərəncamı ilə bağlı - Açıqlama

img

15-02-2017 [15:02]


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev məcburi köçkünlərin kommunal ödənişləri ilə bağlı fəman imzaladı.

Fərmana əsasən Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunacaq.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev unikal.org-a açıqlamsında deyib ki, qısa vaxt ərzində siyahı hazırlanaraq müvafiq dövlət qurumuna təhvil veriləcək: "Yataqxana və müxtəlif bu tipli yerlərdə məskunlaşan məcburi köçkünlər var idi ki, 4-5 ailə bir mətbəxdən istifadə edirdi. Belə olduğu halda onlara ayrı-ayrı sayğac quraşdırmaq mümkün deyildi. Artıq, bu məsələ də öz həllini tapdı. Fərdi qaydada sayğacların quraşdırılması, istismarı mümkün olmayan, məcburi köçkünlərin müvəqqəti məskunlaşıdığı yerlərdə mərkəzləşmiş qaydada müəyyən olunmuş norma çərçivəsində təbii qazdan istifadə müqabilində dövlət tərəfindən ödəniş həyata keçiriləcək. Bununla bağlı konkret olaraq siyahı hazırlanır. Qısa vaxt ərzində həmin siyahı aidiyyatı qurumlara təqdim ediləcək".

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır: "Prezidentin imzaladığı sərəncam bağçalarda, yataqxanalarda, ictimai binalarda məskunlaşmış köçkünlərə şamil olunacaq. Həmin yerlərdə sayğac quraşdırmaq mümkün deyildi. Həm "Azərsu"ASC, həm Qaçqınların və Məcburi Köçkünləri işləri üzləri Dövlət Komitəsi birgə bununla bağlı araşdırma aparacaq. Onlar bizə siyahı təqdim edəcəklər. Biz də ödənişləri həmin siyahı uyğun olaraq qəbul edəcəyik".

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də fərmanın icrası ilə bağlı araşdırma aparıldığını deyib: "Hazırda araşdırma aparılır. "Azərişıq" olaraq üzərimizə düşən işin icraasına yüksək səviyyədə hazırıq".



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR