Şriftin ölçüsü / 1013 dəfə oxunub

Vəzifəli şəxslər bu cür cəzalandırılacaq - Qanunvericiliyə dəyişiklik edildi

14 Fevral 2017 [16:19]
İnzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə, inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndəriləcək.

Bununla bağlı Milli Məclisinbu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub. İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı səalhiyyətli vəzifəli şəxs müəyyən edilmiş müddətlərin pozulmasına 2 yüz manatdan, 4 yüz manatadək cərimə edilir.

Səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması ilə bağlı qaydaları pozmasına görə 4 yüz manatdan 6 yüz manatadək cərimə edilir.

Dəyişiklik layihəsində bu maddəyə "Qeyd" əlavə olunması təklif edilir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndəriləcək.

Layihədə bildirilib ki, səlahiyyətli vəzifəli şəxslərin inzibati xətalar üzrə icraat apararkən yol verdikləri müddət pozuntularının qarşısının alınmasında onların inzibati qaydada cərimələnməsinin kifayət etmədiyi nəzərə alınaraq, həmin pozuntuya yol vermiş şəxslərin daxili nəzarət qaydasında, habelə prokurorluq orqanlarının məlumatı əsasında intizam məsuliyyətinə cəlb edilməsi məqsədilə dəyişiklik təklif olunur.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

report



SON XƏBƏRLƏR