“Qalatasaray”ın baş məşqçisi istefaya göndərildi - Toplantı

img

14-02-2017 [01:15]


"Qalatasaray” futbol klubunun baş məşqçisi Yan Olde Rikerinq istefaya göndərilib.
 
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, müvafiq qərar klubun direktorlar şurası tərəfindən verilib. İstefaya səbəb klubun cari mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub.
 
Hollandiyalı mütəxəssisin istefası ilə əlaqədar rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.
 
Yan Olde Rikerinq 2016-cı ilin martında "Qalatasaray”-ın baş məşqçisi vəzifəsinə gətirilib. Onun rəhbərliyi altında klub Türkiyə çempionatında 6-cı yer tutub və ölkə Kubokunu qazanıb. Hazırda Türkiyə Superliqasında "Qalatasaray” lider "Beşiktaş"dan beş xal az toplayaraq 3-cü yerdə qərarlaşıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR