13-02-2017 [17:42]
Xəbər verdiyimiz kimi, Nəqliyyat Nazirliyi ləğv edilib və yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Bu addımdan sonra ölkədə əksər insanları daha hansı nazirliklərin, dövlət qurumlarının ləğv olunacağı sualı düşündürür.
İqtisadçı ekspert Qubad İbadoğlu mia.az-a açıqlamasında bildirib ki, bu çoxdan gözlənilən qərar idi:
"Bu qərar siyasi hakimiyyətdaxili proseslərin nəticəsi olsa da, iqtisadiyyatın idarəedilməsi strukturunun təkmilləşdirilməsi istiqamətində müsbət addım kimi dəyərləndirilə bilər. Onsuz da Nəqliyat Nazirliyinin tənzimləyici səlahiyyətlərinin çoxu ondan alınmış və müxtəlif strukturlar arasında bölüşdürülmüdü.
Əslində, Azərbaycan kimi kiçik nəqliyyat şəbəkələrinə malik olan ölkədə ayrı-ayrı sahələr üzrə dövlət şirkətlərinin müstəqil fəaliyyət göstərdiyi halda belə bir nazirliyə ehtiyac da yox idi.
Bu nazirlik tənzimləyici və kommersiya xarakterli fəaliyyətləri həyata keçirməklə büdcəyə əlavə yük idi. Onun mərkəzi aparatının saxlanılması və əmək haqqı xərcləri ayrılan büdcənin 80 faizindən çoxunu təşkil edirdi.
Məlumat üçün qeyd edim ki, 2017-ci il üçün Nəqliyyat Nazirliyinə 2,62 milyon manat vəsait ayrılması nəzərdə tutulurdu".
Qubad İbadoğlu onu da əlavə edib ki, bu addımlar davam etdirilməlidir:
"Belə ki, bu günə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin sturkturuna 19 nazirlik, 9 dövlət komitəsi, 2 dövlət adminstrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir.
Beləliklə də Kabinetin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayı 35-ə çatır. Bu istiqamətdə aparılmalı olan islahatların 1-ci mərhələsində Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər.
Bunlar hansılar ola bilərlər:
1) Müdafiə
2) Daxili İşlər
3) Ədliyyə
4) Xarici İşlər
5) Maliyyə
6) İqtisadiyyat
7) Kənd təsərrüfatı və ərzaq
8) Səhiyyə, Təhsil və Rifah
9) Sənaye, Elm və Texnologiyalar
10) Nəqliyyat və Rabitə 11)
Vergi və rüsumların tənzimlənməsi
12) Əmək Nazirliyi.
Hesab edirəm ki, bu il martın əvvəlində hökümət parlamentdə hesabat verdiyi zaman bu məsələlər üzrə də ciddi müzakirələr aparılmalıdır”.
Mia.az
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar