"Əgər günahkar mənəmsə,..." - Aktrisa ilə müğənni arasında qalmaqal şiddətləndi

img

05-02-2017 [15:32]


"Kərimin yazdıqlarının hamısını oxumuşam".

Bu sözləri əməkdar artist Mehriban Xanlarova müğənni Kərim Abbasovun onun haqda Daxili İşlər naziri Ramil Usubova və Ədliyyə naziri Fikrət Məmmədova açıq məktub yazması ilə bağlı Kult.az-a danışarkən deyib. O, məsələni aydınlaşdıracağını bildirib:

"Heç nə demirəm, mən bu məsələni belə qoymayacağam. O, orada məni nə ilə ittiham edibsə, hamısını bir-bir araşdıracağam. Qoy hamıya məlum olsun ki, kimdir günahkar. Əgər günahkar mənəmsə, öz cəzamı çəkməyə razıyam, əgər odursa, o çəkəcək”.

Qeyd edək ki, "İstipress.az" saytında yer alan xəbərə görə, müğənni Kərim Abbasov Daxili İşlər naziri Ramil Usubova və Ədliyyə naziri Fikrət Məmmədova yazdığı açıq məktubda Mehriban Xanlarovanın hakimlərə rüşvət verərək, məhkəməni qazandığını bildirib:

"Hörmətli nazirlər, mən Azərbaycan Respublikasının azad vətəndaşıyam. Amma bəzi adamların əlindən azad yaşaya bilmirəm. Mənə hədə-qorxu gəlirlər, bezdim... Özümə qəsd dərəcəsinə çatdırıblar məni. Məhkəmənin çıxardığı qərara əsasən, Xanlarova Mehriban Aslan qızından sosial şəbəkədə üzr istədim. Lakin o, məni tutdurmaqla hədələyir. Bilmirəm bu insanın arxasında hansı hakim durub ki, hər kəsdən məhkəmə yolu ilə istədiyi pulu alır və istədiyi insanı həbs etdirməklə hədələyir. 

Mən başa düşmürəm ki, bu qadın aktrisadır, yoxsa qanun? Bu insan görün özünə necə arxayındır ki, səbəbi olmadan "səni tutduracağam” deyir. Və məhkəmə qərarı ilə bütün qərarları öz istədiyi kimi çıxartdırır. Mənim Azərbaycan Respublikasında bəlli nüfuzum var. Bu insan mənim nüfuzumu yerə vurmaq istəyir. Axı niyə? Kim bu qadına bu ixtiyarı verib? Mən bütün dövlət tədbirlərində fəal iştirak edən sənətçiyəm. Mən indiyə kimi Azərbaycan Respublikasında qanun çərçivəsində yaşayan bir vətəndaş olmuşam. Amma bu qadının əlindən yaşaya bilmirəm. Mənə kömək etməyinizi rica edirəm. Mehriban Xanlarovanın etdiyi monarxiyaya son qoymağınızı xahiş edirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR