Şriftin ölçüsü / 2048 dəfə oxunub

Prezident komitəyə iki sədr müavini təyin etdi - Zeynəb Xanlarovanın oğlunun vəzifəsi yüksəldi

03 Fevral 2017 [12:37]
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin olunub.
 
Azərbaycan prezidentinin 2 fevral 2017-ci il tarixli sərəncamları ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavinləri təyin edilib.
 
Bunadək N. Rəhimov komitənin Aparat rəhbərinin müavini, R. Babayev isə adıçəkilən qurum yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifələrində çalışıb(APA).

Mia.az xəbər evrir ki, yeni müavinlərdən Ramin Babayev xalq artisti Zeynəb Xanlarovanın oğludur.

Mia.az


SON XƏBƏRLƏR