"Deyirlər maaşı, pensiyanı qaldırın, nəylə qaldıraq?" - Deputatdan daha bir ilginc açıqlama

img

26-01-2017 [17:17]


"Deyirlər ki,  "əmək haqlarını 32 faiz qaldırmaq lazımdır”, "pensiyaları 60 faiz qaldırmaq lazımdır” və s. Bəs necə olsun, nəylə qaldıraq?”.

Mia.az "Qafqazinfo”ya istinadən bildirir ki, bu sözləri Milli Məclisin əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda "Pensiya islahatları haqqında” yeni qanunun müzakirəsi üçün bu gün keçirilən iclasda bildirib.

O qeyd edib ki, bu bir tərəfin mövqeyidir: 

"Ancaq burada dövlət, büdcə mövqeyi var. Bu məsələdə  o qədər həssas və diqqətli olmaq lazımdır ki, popilist çıxışlara yol verilməsin. Mən düşünürəm ki, bu yaşda bizlərə belə populist çıxışlar yaraşmaz”.

Yanvarın 31-də qanun layihəsinin İşçi Qrupla müzakirəsi aparılacaq: 

"Fevralın 3-də isə komitə iclasında müzakirəyə çıxarılacaq. Həmin iclasda nazir Səlim Müslümov da iştirak edəcək. Hələlik qanunun mahiyyəti haqqında danışmaq istəmirəm. Deputatlar da layihə ilə yaxından tanış olsunlar. Hələ ki, mətbuata mahiyyət barədə danışmayın. Ayın 3-də komitə iclasında geniş müzakirəyə çıxarılacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR