Pentaqonun yeni rəhbərindən dünyaya mesaj: "Ordu hər an hazır olacaq, hər dolların..."

img

21-01-2017 [22:14]


ABŞ müdafiə naziri (Pentaqonun rəhbəri) Сeyms Mettis yeni vəzifəsində var güсü ilə işləyəcəyini, müttəfiqlərlə birlikdə alyansları gücləndirəcəklərini və ölkənin müdafiəsi üçün ayrılan vəsaitdən səmərəli istifadə edəcəklərini bəyan edib.

Mettisin Pentaqonun rəsmi saytında yayılan bəyanatında deyilir ki, qurum hər dolların qiymətini biləcək:

«Vergiödəyicilərinin hər dollarını səmərəli istifadə etməli, xalqın və Konqresin etibarını qazanmalıyıq».

ABŞ-ın bütün insanlıq üçün ümidlərin mayakı olduğunu deyən nazir ölkənin silahlı qüvvələrinin hərbi əməliyyatlara hər zaman hazırlıqlı olacağını bildirib:

"Heç bir ölkə dostların köməyi olmadan təhlükəsizliyi tam təmin edə bilməz. Biz Dövlət Departamentiylə birgə işləyərək ittifaqlarımızı gücləndirməyə çalışacağıq».

Azadliq.info

Digər xəbərlər
SON XƏBƏRLƏR