Həbs olunan Lapşin İlham Əliyevə məktub yazdı, üzr istədi - Vəkildən açıqlama

img

21-01-2017 [21:51]


Rəsmi Bakının tələbi ilə Belarusun paytaxtı Minskdə həbs olunan israilli bloqqer Aleksandr Lapşin Azərbaycan prezidenti İlham Əliyevdən üzr istəyib.

"RİA Novosti”yə istinadən xəbər verir ki, Lapşinin vəkili bildirib ki, o, prezident İlham Əliyevə üzrxahlıq məktubu ünvanlayıb.

İsrailin Belarusdakı səfirliyinin konsulu Yuliya Raçinski-Spivakov qeyd edib ki, bloqqer məktubda öz hərəkətlərinə görə üzr istəyib.

Qeyd edək ki, Aleksandr Lapşin Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edərək qondarma Dağlıq Qarabağı müstəqil respublika kimi tanımışdı.

Qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR