Anar Məmmədov Trampın andiçməsində iştirak etməyib

img

21-01-2017 [17:15]


ABŞ-ın 45-ci prezidenti Donalt Trampın inaqurasiya mərasiminə dünyanın müxtəlif ölkəsindən qonaqlar dəvət olunsa da, Azərbaycandan Ziya Məmmədovun oğlu Anar Məmmədovun qatılacağı deyilirdi.

Dünən keçirilən andiçmə tədbirində Anar Məmmədovun iştirak etmədiyi məlum olub. Belə görünür ki, nazir oğlu sözügedən məclisə dəvət almayıb.

Qeyd edək ki, ötən həftə Bakının Nəsimi rayonu ərazisində yerləşən "Tramp” adlı böyük bir plazada dəyişiklik edilib. Belə ki, otelinin adındakı "Trump Tower” sözü də sökülüb(qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR