21-01-2017 [17:10]
Kriminal avtoritet "Piter Elçin” ləqəbli Elçin Maşallah oğlu İsmayılovun qardaşının qətli ilə bağlı yeni təfərrüat məlum olub.
Mia.az xəbər verir ki, bu barədə musavat.com-a İsmayılovların qohumları məlumat verib.
Əvvəlcə onu qeyd edək ki, "Piter Elçin”in 1979-cu il təvəllüdlü qardaşı Fariz İsmayılov ötən il dekabrın 21-də Masallı rayonunun Türkoba kəndi yaxınlığında öz avtomobilində qətlə yetirilib.
4 qardaş olan İsmayılovlardan artıq ikisi kriminal aləmdəki hesablaşmaların qurbanı olub. Qardaşlardan yalnız "Piter Elçin” kriminal aləmdə söz sahibi olsa da, hesablaşmaların qurbanları onun qardaşları olub.
Belə ki, ilk olaraq onun qardaşlarından Marif ötən ilin iyununda Sant-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazarında güllələnərək qətlə yetirilmişdi. 6 ay keçməmiş isə Fariz İsmayılov güllələndi. "Piter Elçin”dən başqa sağ qalan digər qardaş isə xəstəlikdən əziyyət çəkir və hazırda doğulduğu Lənkəran rayon Boladi kəndində yaşayır.
"Piter Elçin”in yaxın ətrafından verilən məlumatda bildirilir ki, kriminal avtoritetin qardaşları qisas məqsədi ilə qətlə yetirilib.
"Qətlə yetirilən hər iki qardaş ticarətlə məşğul olub. Onların kriminal aləmlə əlaqəsinin olmadığı məlum idi. Maarif meyvə-tərəvəz bazarında öldürüldü. Fariz isə 2012-ci ildən Azərbaycanda idi. Hər ikisi öz işləri ilə məşğul idi. Fariz Lənkəranda özünün və qardaşlarının ailəsinə baxırdı. Bu qətlləri isə "Piter Elçin”lə düşmənçiliyi olan şəxslər sifariş verib. Ona yaxın düşə bilməyənlər qardaşlarını öldürdülər. Bu qətli törədənlər də, sifariş verənlər də bilir ki, Maarif və Fariz kriminal aləmdən uzaq insanalr idi”, - deyə məlumatda qeyd edilir.
Sonuncu qətlin təfərrüatlarına gəlincə.
Qeyd edək ki, qətli törətdiyini deyən Lənkəran sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadə könüllü olaraq polisə təslim olub. O, cinayəti törətdiyi İsrail istehsalı olan "UZİ" markalı avtomat tapançanı və 7 ədəd gülləni polisə təhvil verib. Hadisə yerindən isə 25 ədəd giliz tapılıb.
Cinayətin törədildiyi yer Fariz İsmayılovun yaşadığı kənddən bir neçə kilometr aralıda yerləşir.
Baş verən hadisə haqda musavat.com-a danışan İsmayılovların qohumları bildirib ki, qətli törədən Murad Quluzadə tək olmayıb.
Belə ki, Fariz İsmayılovu "VAZ 21-06” markalı avtomobillə izləyən Murad Quluzadənin yanına bir nəfər də olub.
İsmayılovların yaxınları bu məlumatları izlədikləri videogörüntülərə əsasən dediklərini bildirirlər. Qətlin törədildiyi mağazanın nəzarət kameraları cinayət hadisəsini anbaan lentə alıb.
"Fariz evdən çıxıb qonşu kənddəki mağazanın qarşısında maşınını saxlayıb. Marketə siqaret və kontur almaq üçün girib. Arxadan gələn "06” Farizdən bir az aralıda dayanıb. Həmin maşında olanlardan biri - üzü saqqallı olan da Farizin arxasınca marketə girib. O, da marketdən alış-veriş edib, Farizdən sonra çıxıb. Fariz maşına oturmaq istəyəndə arxadan gələn Murad Quluzadə ona atəş açmağa başlayıb. Fariz ilk güllələrdə özünü itirməyib. Maşının qapısını itələyərək, ona təpik atıb. Bir az büdrəyən Murad yenə də ona atəş açmağa davam edib. Güllələrdən biri Farizin başına dəyib. Elə oradaca keçinib”- deyə Fariz İsmayılovun yaxınları deyir.
Video görüntülərdən məlum olub ki, qətlin törədilməsində iştirakında şübhəli bilinən digər - saqqallı şəxs isə marketdən çıxdıqdan sonra soyuqqanlı şəkildə Fariz İsmayılovun avtomobilinə yaxınlaşıb.
Maşının içinə boylanan şəxs daha sonra iti addımlarla hadisə yerindən uzaqlaşıb. Qətli törədən Murad isə gəldikləri maşına minərək hadisə yerini tərk edib.
İsmayılovların yaxınları marketin nəzarət kameralarından çıxarılmış ikinci şübəhli - saqqalı şəxsin fotosunu da musavat.com-a təqdim ediblər.
Cinayətin qabaqcadan bir qrup şəxs tərəfindən planlaşdırıldığını iddia edən Fariz İsmayılovun yaxınları bunu belə izah edir: "Polis tərəfindən aparılan ilkin araşdırmalar zamanı məlum oldu ki, bu şəxslərin gəldiyi avtomobil 1 ay əvvəl Masallının Bədəlan kənd sakinindən alınıb. Bu şəxsləri bizim kənddən heç kim tanımır. Onlar Farizin bizim kənddən kənarda izləyiblər. Onların bizim kəndə girməsi, kimisə izləməsi mümkün deyil. Son bir ay ərzində həmin maşını bizim kənddə heç kim görməyib. Onlar kəndin çıxışında Farizi izləyiblər. Onun tək olmasından istifadə edib, onu arxadan vurublar. "06”da olan digər şəxsin kim olması isə hələ ki, məlum deyil. Qabaqcadan planlaşdırılmış bu işi birlikdə törətdikləri məlumdur. Mağazadan çıxan saqqalı şəxs Farizin öldüyünə əmin olduqdan sonra oranı tərk edir ”.
Bədənində 9-10 güllə olan Farizin ölümünə əsas səbəb baş nahiyəsindən aldığı xəsarət olub. Fariz İsmayılovun yaxınlarının bildirdiyinə görə, Farizə atılan 25 güllədən 13-15-i ona dəyib: "Güllələrin bir neçəsi qollarını və ayaqlarını sıyıraraq keçib. Fariz onu maşının qapısı ilə itələyib və təpik vurub. Bu zaman qatil Farizə atəş aça bilməyib. Amma çoxsaylı güllələrdən biri onun başına dəydiyindən oradaca dünyasını dəyişib”.
Qətli törətdiyini etiraf edən Murad Quluzadə ilə bağlı bəzi yeni məqamlar da üzə çıxıb.
Məlum olub ki, Murad Quluzadə bir neçə il əvvəl Moskvada qətlə yetirilən kriminal avtoritet Amil Lənkəranskinin əmisi oğludur.
Amil Rövşən Lənkəranskinin yaxın adamlarından biri idi. Onun qətlində "Piter Elçin”in adı hallanır. Kriminal qruplaşmalar arasında qanlı hesablaşmaların cavabı olaraq Amilin ölümünə görə əvvəlcə Maarif İsmayılov, ardınca isə Fariz İsmayılov qətlə yetirildi. Hər iki qətlin qan davası olduğu qeyd edilir.
Əldə etdiyimiz məlumata görə Murad Quluzadənin atası Əfqan Quluzadə qətlə yetirilən Rövşən Lənkəranskinin ən yaxın adamlarından birinin sürücüsüdür.
Qeyd edək ki, Fariz İsmayılovun qətli ilə bağlı Cinayət Məcəlləsinin 120 "qəsdən adamöldürmə” və 228-ci (odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabiq nazir 75 yaşında vəfat edib
Spiker 830 min manatlıq kompüter alır
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq