Maşın polisi vurdu - Saatlıda

img

21-01-2017 [15:51]


Saatlı rayonunda yol-nəqliyyat qəzası baş verib. Hadisə Rayon Polis Şöbəsinin qarşısında qeydə alınıb.

Belə ki, polis nəfəri olduğu deyilən Çingiz Yaqubov şöbənin qarşısından keçid zolağını keçmək istəyərkən "VAZ-2107” markalı avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım aldıqdan sonra o, paytaxt Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.("Report")

Digər xəbərlər
SON XƏBƏRLƏR