"Bakı artıq mənə o qədər doğma gəlmir" - ANS-ın keçmiş aparıcısı ölkədən gedir

img

21-01-2017 [14:50]


ANS-ın keçmiş aparıcısı Amil Hacıyev ölkədən gedir.

O, ölkədən gedəcəyi haqqında məlumatı öz "Facebook” hesabında paylaşıb:

"Mən Gürcüstan vətəndaşıyam. Artıq 33 yaşım var. Qərara aldım ki, bundan sonra fəaliyyətimi Gürcüstanda davam etdirim. Məqsədim bundan sonra siyasətə qoşulub, 2020-ci il parlament seçkilərində namizəd kimi iştirak etməkdir. Allah hamımızın yar və yardımçısı olsun.

P.S. Tam səmimi deyim. Bakı artıq mənə o qədər doğma gəlmir. İlk dəfə idi ki, 25 il yaşadığım şəhərdə darıxır və sıxılırdım. Borçalıma gedirəm. O saf havalı, sulu torpağa...”.

Qeyd edək ki, Amil ANS-də televiziyanın idman xəbərləri departamentinin rəisi vəzifəsində çalışıb.(Axşam.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR