"Gözü yaşli qərənfil, ağlayan Qanli Yanvar"

img

21-01-2017 [14:20]


 gün Bakıda axşamdan bəri ölüm ilə həyat üzbəüz idi. Azərbaycanın azdlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhramanlıq səhifəsi kimi daxil olmuş, 1990-ci ilin 20 Yanvarında ölkəmizə qarşı, ərazi iddialari irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSR rəhbərliyinin onlara havadarlığından hiddətlənən Bakının küçələrinə və meydanlarına buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldı.

Həmin gün Bakı küçələri qan ağlayırdı, əli yalın mərd oğul və qızlarımız gözü dönmüş vəhşi düşmənin qarşısında vətən keşiyinə çıxmışdılar. Həmin gecə xalqımızın mərd oğullarına, mələk qızlarına, saçı ağarmiş, üzü qırış qocalarına, saf, günahsız silaha belə gülümsəyərək baxan fidan balalarına acımasızca qıydılar. O gün el-oba, ev- eşik viran qaldı. Aəzrbaycan xalqinin çörəyini yeyib suyunu içən, torpağinda təmiz hava udan vəhşilər, xalqimizin torpağina, suyuna, havasina, bərəkətli torpağına göz dikdilər.
20 Yanvar tariximizdə qanla yazilmiş bir səhifədir.Ancaq o təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyaniş günü idi. Bu tarix həm də kimin kim olduğunu sübut edən bir imtahan idi.
Ulu Öndər H. Əliyev xalqin təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin laziminca qiymətləndirilməsi yolunda ciddi adimlar atildi. 1990-ci il noyabrin 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikanın Ali Məclisi 20 Yanvar faciəsi ilə bağli tarixi qərar qəbul etdi.
" 20 Yanvar faciəsinin 4-cü il dönümünün keçirilməsi haqqinda" Aəzrbaycan Respublikanın prezidenti H.Əliyevin 5 yanvar 1994-cü il fərmani ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyyə olundu.
Milli Məclis müzakirələrin yekunu olaraq,1994-cü il martın 29-da " 1990-ci ilin yanvarın 20 -də Bakida törədilmiş faciəli hadisələr haqqinda qərar qəbul edildi". Qərarda 1990-ci ilin qanli 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Məhz Ulu Öndərin sərancami ilə 20 Yanvar " Ümum Xalq Hüzn" günü elan olundu.
Həmin gecə həm də Azərbaycan xalqinin milli birliyi günü idi. O gün həmdə xalqimizin qəhrəman oğul və qizlarinin saf sevgi mübarizəsi günü idi. İlham və Fərizə bütün dünyaya həm də saf sevginin, ülvi məhəbbətin, təmiz eşqin, xanimin ərinə olan bağliliğinin nə olduğunu göstərdilər. Elə bunun nəticəsidirki Azərbaycan xalqı 2003-cü ildən bu yana onların əbədi sevgisini bir daha əbədiləşdirdilər. Artiq 8 ildir ki, onlarin toy tarixi Aəzrbaycan cəmiyyətinin "Sevgililər Günü" nə çevrilib. Nakam gənclərin qovuşduqları gün - 30 iyun tarixi indi ölkəmizdə sevilərək qeyd olunur.
Bu gün Bakının ə yüksək nöqtələrindən biridə hər bir Azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzüzünə qarşı döyüşlərdə həlak olanlarin dəfn edildiyi Şəhidlər Xiyabanidir. Hər il yanvarin 20-də minlərlə insan vətənin azadliği və suverenliyi uğrunda canlarindan keçmiş Azərbaycan oğul və qizlarinin əziz xatirəsini ehtiramla yad etmək üçün burani ziyarət edir.
Biz də Gənc Heydərçilər Klubu kollektivi olaraq, Şəhidlər Xiyabaninda olduq, 20 Yanvar şəhidlərinin məzarlarini ziyarət etdik. Biz gənclər tək 20 yanvar günü deyil, ilin bütün günlərində qürurumuz olan şəhidlərimizi fəxrlə aniriq, onlarin ziyarət edirik…
Bu gün isə xalqimiz 20 Yanvar hadisələrinin 27 -ci il dönümünü qeyd edir, igid övladlarinin fədakarliğini məhəbbətlə xatirlayir, onlarin əziz xatirəsini böyük ehtiramla yad edir. Bu qədir bilənlik həmdə o deməkdir ki, az keçməyəcək Qarabağda qələbə gününü qeyd edəcəyik, Azərbaycan xalqi olaraq üçrəngli şanli bayrağimizi Qarabağ torpağından dalğalandiracağiq.
Bu qələbəyə həmdə Azərbaycanın bu günkü hər tərəfli uğurlari, bütün dünyada gündən-günə artan nüfuzu, dövlət başçimiz,Ali Baş Komandan Prezident İlham Əliyevin bu istiqamətlərdə qətiyyətli addimlarida zəmanət verir!.
Şəhidlər ölməz, Vətən bölünməz!!!...
Allah rəhmət eləsin!!!....
Nübar Mustafazadə


Digər xəbərlər
SON XƏBƏRLƏR