Umud Mirzəyev Litva mediasına müsahibə verdi: "20 Yanvar, həm də Azərbaycanın şərəfli bir tarixidir" (VİDEO)

img

20-01-2017 [21:27]


Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev 20 yanvar facisənin 27-ci ildönümü ilə bağlı Litvanın məşhur Alkas.lt  informasiya portalına geniş müsahibə verib. 

Mia.az-ın məlumatına görə, müsahibədə Umud Mirəzyev bildirib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir:

"Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.
 
1990-cı il yanvarın 19-dan 20-nə ke­çən gecə Bakıda sovet ordusu tərə­fin­dən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı ha­di­sənin törədilməsində əsas məqsədlər­dən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliy­yət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi".
 
Mirzəyev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda  günahsız in­san­ların gülləbaran edilməsi əməliy­yatı  SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təx­ribat qrupları tərəfindən təşkil olun­muş­du:

"Mixail Qorbaçov başda olmaqla sovet impe­riyasının rəhbərliyi Bakıda "er­məni kartından” məharətlə istifadə etdi. Gu­ya Bakıya qoşun onları, hərbi qulluq­çuların ailə­lərini qorumaq, "millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riya­karlıq, imperiyanın növbəti qəddar­lığını ört-basdır etmək üçün qabaq­cadan hazırlanmış iftiralar və böhtanlar idi".
 
BAMF sədri əlavə edib ki, bu il xalqımız 20 Yanvar hadisələ­rinin 27-cü ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir: 

"Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müs­tə­qil­liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır".



Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR